• 22 Noyabr 2024 23:16

Eynulla Fətullayev: “Gecə saatlarında Hacı Şahinin məzarı üstündə keçirilən bu spontan şaxsey-vaxsey hansı anlama gəlir?”

 

“Gecə saatlarında Hacı Şahinin məzarı üstündə keçirilən bu spontan şaxsey-vaxsey hansı anlama gəlir? Bunu təşkil edən kimdir? İlk dəfədir ki, bir mollanın ölümünü siyasiləşdirirlər və yeni şiəçilik hərəkatına təkan veirirlər”.

Tacxeber.com-ın xəbərinə görə, bunu jurnalist Eynulla Fətullayev bildirib.

“Bu prosesin arxasında daxili qüvvə dayanır və ya xarici? Və məqsəd nədir? Sekulyar dövlətin nümayəndələri bu prosesi niyə susqunluqla qarşılayır? Qonşu İranda teokratiya qarşı gedən mübarizə  və Cənubi Azərbaycanda millətçiliyin intibahı fonunda Bakıda siyasi şiəçiliyin baş qaldırması bir çox suallar doğurur. Hələlik bu suallara cavab yoxdur…”, – E.Fətullayev qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər