• 23 Noyabr 2024 03:41

İmamoğlu və Yavaş Akşenerlə görüşdü – ŞOK TƏKLİF

İmamoğlu və Yavaş Akşenerlə görüşdü - ŞOK TƏKLİF

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş İYİ Partiyanın sədri Meral Akşenerlə görüşüb. 

Tacxeber.com xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Görüş İYİ Partiyanın qərargahında baş tutub. Partiyadan bildirilib ki, Yavaş və İmamoğlu Akşenerə təkliflərini təqdim ediblər. Təklif bundan ibarət olub ki, Türkiyənin yeni prezidenti müxalifətin namizədi olacağı təqdirdə, Yavaş və İmamoğlu prezidentin köməkçisi olacaq.

Qeyd edək ki, daha əvvəl “Altılı masa” adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiyası blokdan çıxdığını açıqlayıb. Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb və o, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.

Tacxeber.com

Oxşar xəbərlər