• 22 Noyabr 2024 13:03

“Ərdoğan hamıdan çox Kılıçdaroğlu ilə rəqabət aparmaq istəyirdi” – Rəy

“Ərdoğan hamıdan çox Kılıçdaroğlu ilə rəqabət aparmaq istəyirdi” - Rəy

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğlunun seçkilərdə müxalif ittifaqından namizəd kimi irəli sürülməsindən əsas faydalanan şəxsdir.

Tacxeber.com xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Martın 6-da 74 yaşlı Kılıçdaroğlu mayın 14-də Türkiyədə keçiriləcək ümumi seçkilərdə müxalifətin “Millət İttifaqı” tərəfindən ortaq namizəd kimi irəli sürülüb:

“Kılıçdaroğlu müxalifət alyansının parlament sisteminə keçidlə bağlı yol xəritəsini razılaşdırdığını açıqlayıb. Siyasətçi əmin edib ki, alyansa daxil olan müxalifət partiyalarının liderləri seçiləcəyi təqdirdə vitse-prezident postlarını alacaqlar.

İstanbul və Ankaranın hazırkı bələdiyyə sədrləri də oxşar vəzifələr ala bilərlər.

“Kılıçdaroğlu bu prosesdə qalib gəldi. Digər qalib isə Ərdoğan olub. Çünki Ərdoğan hamıdan çox Kılıçdaroğlu ilə rəqabət aparmaq istəyirdi”, – qəzetin köşə yazarı Abdulkadir Selvi yazır.

O qeyd edir ki, Ərdoğan qarşıdan gələn seçkilərdə qalib gəlsə, müxalifət cəbhəsində hər şey yenidən başlayacaq.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Ərdoğan ümumi (parlament və prezident) seçkilərinin mayın 14-nə təyin edilməsi ilə bağlı martın 10-da sərəncam imzalamaq niyyətində olduğunu açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər