“Ermənistan hakimiyyəti, baş nazir Paşinyan səhvən hesab edir ki, Dağlıq Qarabağı qurban verməklə Ermənistanı xilas edəcəklər”.
Tacxeber.com xəbər verir ki, bunu jurnalistlərə keçmiş prezident Serj Sarksyan deyib.
O, Ermənistan rəhbərliyinin Azərbaycanla apardığı danışıqları “dişsiz” adlandırıb.
Sarksyan qeyd edib ki, bir çox həmvətənləri kimi o da hakimiyyətin siyasətinə görə özünü alçaldılmış hiss edir:
“Ermənistan hakimiyyətinin nə haqda danışıqlar apardığını yüz faiz deyə bilmərəm. Bu hakimiyyətlər hər gün öz baxışlarını dəyişirlər… Amma bir şey dəqiqdir: biz bu faktdan razı deyilik. Daima güzəştə gedirlər və hamımızı aşağılayırlar. Biz belə dişsiz danışıqlara görə özümüzü alçaldılmış hesab edirik”.
Eks-prezidentin sözlərinə görə, jurnalistlərin özləri hər gün Dağlıq Qarabağda və Ermənistanda, onun sərhədləri boyu yaranmış acınacaqlı vəziyyəti görürlər.
Sarksyan prezidentliyi dövründə aparılan danışıqlara toxunaraq, problemi qırmızı xətləri keçmədən həll etməyə hazır olduğunu bildirib./Redaktor.az