Gürcüstanda parlament binasının ətrafında vəziyyət gərgin olaraq qalır.
Əraziyə cəlb edilmiş xüsusi təyinatlı polis qüvvələri etirazçıları su şırnağı və gözyaşardıcı qazdan istifadə edərək dağıtmağa çalışır. Etirazçılar su şüşələri və daş ataraq polisə müqavimət göstərirlər.
Hazırda polis parlamentin girişlərinin olduğu küçələri nəzarəti saxlayır. Əraziyə çox sayda təcili yardım maşını cəlb edilib./APA