“Qadına azadlıq verildiyi gün kişilərin matəm günüdür”.
Tacxeber.com xəbər verir ki, bunu qiraətçi Nazilə Səfərli sosial şəbəkə hesabında yazıb.
O, paylaşımında kişilərin qadınlara qarşı olan diqqətsizliyindən şikayətlənib:
“Qadına azadlıq verildiyi gün kişilərin matəm günüdür. Özü-sözü azad olan qadın kişi üçün həmişə problem olub. Odur ki, hədiyyə verməmək üçün gizlənən kişilərdən inciməyin. O vermir, siz verin. Olan olmayana, qanan qanmayana hər zaman borcludur”.