• 16 Sentyabr 2024 23:08

Vətən müharibəsi iştirakçısı həbs edilib – Məşğulluq İdarəsində yanğın törədib

 

Bu gün Saatlı rayonu Əbilkənd kənd sakini, Vətən Müharibəsi iştirakçısı Vilayət Həsənov Mil-Muğan Regional Məşğulluq İdarəsinin Saatlı Rayon Xidmət Şöbəsinə yaxınlaşaraq fərdi təsərrüfatlarla məşğul olmaq üçün iri və xırdabuynuzlu heyvan verilməsini tələb edib.

Bu zaman həmin qurumun əməkdaşı ona 2021-ci ildə 21 baş xırdabuynuzlu heyvan verildiyini izah edib və hazırda onun bu tələbinin yerinə yetirilməsinin mümkün olmadığını bildirib. Bundan sonra V.Həsənov şöbəni tərk edib, bir müddət sonra isə yenidən geri qayıdaraq inzibati binanın birinci mərtəbəsinin döşəməsini yandırıb. Yanğın ətrafındakıların köməkliyi ilə söndürülüb.

V.Həsənov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb və Saatlı Rayon Polis Şöbəsinə gətirilib.

Burada onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə sonuncu 25 sutka inzibati qaydada həbs edilib.

Tacxeber.com

Oxşar xəbərlər