Bazardan və marketlərdən aldığımız bəzi qida məhsullarını bizə elə gəlir ki soyuducu tez xarab olmaqdan qoruyur və keyfiyyətini olduğu kimi saxlayır. Əslində yanılırıq.
Bəzən bu qidaları soyuducuya qoyaraq çürümə prosesini daha da sürətləndirmiş oluruq, daha tez yetişməsinə səbəb oluruq. Soyuducu onların keyfiyyətini aşağı salır, qidalılıq dəyərini azaldır.
Tacxeber.com xəbər verir ki, mütəxəssislər bəzi qidaları əsla soyuducuda saxlamamağı məsləhət görür. Çoxları isə bunun əksini edir.
Alma
Əslində almaları otaq şəraitində 1-2 həftə saxlamaq olar. Meyvənin içərisində olan fermentlər otaq şəraitində saxlandıqda daha da aktivləşir. Buna görə də alma çox bəsləyici qidadır. Bundan əlavə, şirin meyvələrin, almanın yaydığı qaz digər meyvələrin daha sürətlə yetişməsinə səbəb olur. Digər meyvələri almadan ayırmaq lazımdır.
Avokado
Yetişməyən, kal avokadolarınız varsa, onların gec yetişməyini istəyirsinizsə, əsla soyuducuya qoymayın. Otaq temperaturunda, sərin və quru yerdə saxlamaq meyvənin ömrünü uzadacaq.
Banan
Banan soyuducuya qoyulmadıqda qida dəyərlərini itirmir. Soyuducudakı qaranlıq və nəm meyvənin çürüməsinə səbəb olur. Onları saxlamaq üçün ən yaxşı yer mətbəx dəzgahıdır.
Reyhan
Reyhan soyuducuya aid bir qida deyil. Reyhanı içməli su ilə dolu bir stəkana qoyun. Uzun müddət saxlamaq istəyirsinizsə ya qurudun, ya da dondurun.
Çörək
Soyuducu çörək üçün uyğun yer deyil. Çörək soyuducuda həm tez quruyur, bayat olur, sərtləşir və dadsızlaşır. Buterbrodu isə soyuducuda saxlamaq olar.
Kök
Kökü günəş işığından uzaq və ideal şərait kimi az nəmli bir yerdə saxlamaq lazımdır.
Taxıl
Buğdanın və ya digət taxıl məhsullarının təzə qalmağı üçün soyuducuya qoyulması heç düzgün deyil. Soyuducudakı aşağı temperatur və nəm onun qida dəyərini azaldır. Quru və sərin yerdə saxlamaq lazımdır.
Şokolad
Çoxları şokoladı əriməməsi və sərt qalması üçün soyuducuda saxlayır. Şokolad əriyərsə soyuducuya qoymaq lazımdır. O da qısa müddətdə donmağı üçün lazımdır. Soyuducu şokoladın dadını dəyişdirir. Keyfiyyətli və dadlı şokolad yemək istəyirsizsə, soyuducuda saxlamayın.
Sitrus bitkiləri
Sitrus bitkilərinin tam yetişməyi üçün otaq temperaturunda saxlamağa ehtiyac var. Soyuducu isə onların daha tez xarab olmasına səbəb olur. Soyuducu sitrus meyvələrinin ləzzətini, dadın itirir.
Qəhvə
Üyüdülmüş və ya dənəvər qəhvəni sərin, quru və qaranlıq bir yerdə saxlamaq lazımdır. Belə olanda qəhvə dadını və keyfiyyətini itirmir. Yox, qəhvəni soyuducuda saxlamaq istəyirsinizsə, hava keçirməz bir qabda qoyun.
Xiyar
Xiyarın dadının və keyfiyyətinin itməsini istəmirsinizsə, soyuducudan uzaq tutun. Xiyarı xarab olmaqdan qorumaq üçün qoya bildiyiniz ən son yer soyuducu olmalıdır. Xiyar otaq temperaturunda qalanda tər və dadlı olur. Soyuducu isə xiyarın üst qabığının büzüşməsinə və tez çürüməsinə səbəb olur. Bu tərəvəzi sərin və quru yerdə saxlamaq mütləqdir.
Yumurta
Bizə elə gəlir ki, yumurtanı mütləq soyuducuda saxlamalıyıq. Aparılan son araşdırmalara görə, yumurtanın soyuducuda və ya sərin yerdə saxlamağın heç bir fərqi yoxdur.
Un
Unun harda saxlamağının heç bir fərqi yoxdur. Əsas odur ki, hava keçirməz bir qabda, quru yerdə saxlanılsın.
Ərik, kivi, şaftalı və manqo kimi meyvələr
Soyuducuya manqo, kivi, şaftalı və ərik kimi meyvələrin qoyulması sadəcə yetişmə müddətini yavaşladar. Beləcə keyfiyyətini və ləzzətlərini daha tez itirərlər. Bunun əvəzinə mətbəxdə – sərin, quru, ya da başqa bir yerdə saxlamalısınız. Şaftalının dadlı, tamlı qalmağını istəyirsinizsə soyuducudan uzaq tutun.
Sarımsaq
Sarımsağı soyuducuya əsla qoymayın.Soyuducu sarımsağın tez kiflənməsinə, cücərməsinə, qaralmasına və rezin kimi olmasına səbəb olur.
Bal
Qəribə səslənsə də balı soyuducuya qoyanlar çoxdur. Bal təbii olaraq qoruyucu bir qidadır. Soyuducuya qoymaqla baldakı təbii şəkərin kristallaşma müddətini tezləşdirə bilərsiniz. Bu da bala xəmirə oxşar görünüş verir. Bunu da heç kəs yemək istəməz.
Acı sous və Tabasco
Acı sous (hər cür) və Tabasco haqqında danışdıqda bilməliyik hər ikisinin uzun bir rəf ömrü var. Ac sous 3 il və Tabasco 5 ilə qədər saxlanıla bilər. Acı sousun əsas maddəsinin sadəcə sirkədən ibarət olduğundan əmin olun, meyvə və tərəvəz qarışığı olmamalıdır. Acı sousun rəngi dəyişsə belə narahat olmayın. Tabasconu günəş işığına məruz qalmayan və sərin bir yerdə saxlayın. Tabasco açıldıqdan sonra da soyuducuya qoymağa ehtiyac yoxdur.
Ketçup
Ketçup şüşəni açdıqdan sonra belə keyfiyyətini və təzəliyini qoruyur. Tərkibində olan qoruyucu maddələr onsuz da onu uzun müddət saxlayır.
Qovun
Qovunun soyuducuda saxlanmasına ehtiyac yoxdur. Otaq temperaturunda saxlanması təbii antioksidant dəyərinin saxlanmasına səbəb olur. Ancaq qovun dilimlənsə soyuducuda saxlanmalıdır. Mütləq üstü plastik sarğı və ya falqa ilə örtülməlidir.
Zeytun yağı
Zeytun yağını soyuducuya qoymaqla sadəcə olaraq donmasına, sıxlaşmasına səbəb olursuz. Bunun yerinə qaranlıq və sərin bir yerdə saxlamalısınız.
Soğan
Sarımsaq kimi, soğanı da soyuducuya qoymaq olmaz. Bu sadəcə kiflənməsinə, cücərməsinə və çürüməsinə səbəb olur. Evinizdə soyulmamış soğan varsa, onları qaranlıq və quru bir yerdə saxlayın. Çünki uzun müddət təzə qalmaq üçün havaya (ancaq soyuq soyuducu havasına deyil) ehtiyac duyarlar. Soyulmuş soğan varsa, bağlı bir qaba qoyun və soyuducuda saxlayın.
Armud
Armud haqda bunları mütləq bilməlisiniz. Armud ağacda olduqda tam yetişmir. Otaq temperaturunda yavaş-yavaş tam yetişir. Satın aldığınız armudlar yetkin deyilsə, soyuducuya qoymayın. Soyuq yalnız yetişmə müddətinə mane olacaq və təzəliyini itirəcəkdir. Yetkinləşdikdən sonra, armudlar soyuducuya qoyula bilər, beləcə daha uzun müddət qalar.
Bibər
Bibəri sərin və quru yerdə saxlamaq məqsədə uyğundur. Dadını və tamını itirməz.