Çoxları bu çərəz növünü ancaq xonçalarda görüb -Bilmədiyiniz faydaları
VİTAMİN VƏ MİNERAL ANBARI KAJU FISTIĞI
Tərkibinin zənginliyi ilə seçilən kaju fıstığında C, E, K və B6, B12 vitamini var. Maqnezium, dəmir, natrium və kalium kimi minerallarla zəngin kaju fıstığı xüsusilə mislə zəngin olması ilə tanınır.
TurpKimi.com bu çərəz növünün faydalarını təqdim edir:
GÜMRAH OLUN
Kajunu səhərlər az miqdarda yedikdə adama enerji verir və gün ərzində gümrah olmağınızı təmin edir. Ruh sağlamlığına da yaxşı təsir edən kaju depressiyayla mübarizə aparır.
XƏRÇƏNGİN DÜŞMƏNİ
Kajunun faydaları arasında bəlkə də ən əhəmiyyətlisi xərçəngə qarşı qoruyucu qalxan olmasıdır. İçərisində böyük miqdarda mis olan kaju bu xüsusiyyəti sayəsində başda kolon xərçəngi olmaqla bir çox xərçəng növünə qarşı orqanizmin qalxanı rolunu oynayır.
ÜRƏK DOSTU
Faydalı yağlara malik kaju ürək dostu olduğu kimi qan təzyiqini də tarazlıyır. Ancaq duzlu kaju yeyərkən diqqətli olmaq lazımdır.
ARIQLAMAĞA KÖMƏK EDİR
Çərəzin bu xüsusiyyəti sizə təəccüblü gələ bilər, amma sağlam yağlar arıqlamağa kömək edir və kajunun yağları da sağlam yağlar qrupuna aiddir. Ölçülü istehlak edildikdə kaju metabolizm üçün katalizator rolunu oynayır və arıqlamağa kömək edir.
SAÇ SAĞLAMLIĞI ÜÇÜN
Kajunun içindəki minerallar, xüsusən də mis saç tökülməsinə çox yaxşı təsir edir. Sağlam saçlar üçün də kaju istehlak etməlisiniz.
EVDƏ ÖZÜNÜZ HAZIRLAYIN