Azərbaycanda Ombudsman institutu yarandığı iyirmi ildən artıq müddət keçməsinə baxmayaraq, çox qısa zaman ərzində cəmiyyətdə oturuşmuş bir instituta çevrilə bildi. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkilliyi fəaliyyətə başladığı andan struktur kimi formalaşdırılıb, təkmilləşdirilməsi ilə yanaşı üzərinə düşən missiyanı yerinə yetirib, ölkədə insan hüquqlarının müdafiəsi, qanunun aliliyinin təmin edilməsi istiqamətində çox ciddi fəaliyyətə başladı. Çox qısa zaman kəsiyində Ombudsman institutu özünü təsdiq edib, cəmiyyətin etimadını qazanmış bir struktura çevrildi. Bu müddət ərzində Ombudsman institutu fəaliyyətini dar çərçivədə deyil, beynəlxalq təşkilatlarla, dünya ölkələri ilə sıx əməkdaşlıq yolunu seçərək, həm bu sahədəki beynəlxalq təcrübəyə yiyələndi, həm də həm də Azərbaycanın beynəlxalq aləmdə üzləşdiyi, xüsusən də Ermənistanın işğlaçılıq siyasətinin, hərbi cinayətkarlığı, soyqırımı siyasətinin ifşa olunması, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi fəaliyyət göstərdi və göstərməkdədir.
Ombudsman institutu ötən müddət ərzində üzərinə düşən missiyanı layiqincə yerinə yetirmək üçün həm strukturunu təkmilləşdiri, həm də vətəndaşların hüquqlarının, qanunun aliliyinin təmin edilməsi. İnsan hüquqları sahəsində ciddi nailiyyətlər əldə edib. Bunun nəticəsidir ki, bu gün İnsan Hüquqları üzrə Müvəkilik vətəndaşlarımızın bir ümid yerinə çevrilib. Çünki Ombudsman aparatı ölkədə bu sahədə baş verən proseslərə həssas yanaşıb, istənilən vətəndaşın müraciətinə operativ reaksiya verərək, onun hüquqlarının müdafiəsi, qanunun aliliyinin təmin olunub, problemlərin həlli istiqamətində konkret addımlar atır. Uğurlu fəaliyyətin nəticəsidir ki, ildən ilə bu instituta edilən şikayətlərin və müraciətlərin sayında azalmalar qeydə alınmaqdadır.
Ombudsmanın aparatına 2021-ci illə müqayisədə 2022-ci ildə daha az ərizə daxil olub. 2022-ci ildə Ombudsmanın ünvanına 28525 müraciət daxil olub. Daxil olan müraciətlərə Konstitusiya qanunu ilə müəyyən edilmiş qaydada baxılaraq, onların həlli istiqamətində aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, o cümlədən Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət qurumlarına göndərilib. Bu müraciətlər əsasında vətəndaşların üzləşdikləri problemlər, nöqsan və çətinliklərin aradan qaldırılaraq, pozulmuş hüquqların bərpasına nail olunub.
Son illərdə Ombudsmana daxil olan müracitələrin əksəriyyəti sosial problemlərinin həlli, xüsusən də məşğulluq məsələsi ilə bağlıdır. Ombudsman da bu məsələlərə həssaslıq nümayiş etdirərək bu sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi fəaliyyət göstərir.
Cənab Prezidentin yürütdüyü siyasətin ana xəttini vətəndaşların layiqli həyat səviyyəsinin və rifah halının yüksəldilməsi təşkil edir. Bu məqsədlə ölkə başçısının rəhbərliyi altında əhalinin aztəminatlı təbəqəsinin həyat şəraitinin yaxşılaşdırması məqsədi ilə xüsusi məşğulluq proqramları qəbul olunub, icra olunmaqdadır. Odur ki, Ombudsman bu istiqamətdə səlahiyyətləri çərçivəsində qəbul edilən proqramların daha səmərəli icra olunub, şəffaflığın təmin olunmasına çalışır və hər zamanın bunun əhəmiyyətini qeyd edir.
Çünki “məşğulluq” altsistemindəki vakansiya bankından münasib işlər təklif olunmuş və barəsində elektron göndəriş formalaşdırılmış vətəndaşlar bir çox hallarda həmin göndərişin verildiyi müəssisələrə müraciət edərkən müvafiq ştat vahidinin vakant olmadığı əsas gətirilərək imtina cavabı alırlar ki, bu da əsaslı şikayətlərə səbəb olur. Bu problemlərinin aradan qaldırılması məqsədi ilə Ombdusman vakant iş yerləri ilə bağlı işəgötürənlər tərəfindən təqdim edilən məlumatların formal xarakter daşımasının qarşısı alınmasını və bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməsini təklif edir.
Ombudsman kiçik sahibkarlığa həvəs göstərən vətəndaşların şəxsi və ailə biznesini qurması yönümündə təşəbbüslərinin özünüməşğulluq proqramının genişləndirilməsi vasitəsilə dəstəklənməsi məqsədəmüvafiq hesab edir.
Digər bir məsələ kimi Ombudsman aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi mexanizminin təkmilləşdirilməsininin zəruriliyini qeyd edərək, tezliklə problmin həlli istiqamətində müvafiq dövlət qurumlarının addım atmasını təklif edir.
Bu gün cəmiyyəti narahat edən məsələlərdən biri də əllilliyin təyin edilməsi ilə bağlıdır. Əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsinə ehtiyacın olduğu Ombudsmanı narahat edən məsələlərdəndir.
Ombudsman hesab edir ki, imtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının növlərinin və əvəzedicilərinin sayının artırılması, ehtiyacı olan insanların, xüsusilə aztəminatlı şəxslərin dərman vasitələrinin qiymətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tədbirlərin görülməsi zəruridir.
Ombudsman Milli Məclisdə illik hesabatını təqdim edərkən bu məsələnin əhəmiyyətinə toxunaraq deyib: “Dərman vasitələrinin keyfiyyəti də narahatlıq yaradan problemlərdəndir. Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə də ciddi yanaşma tələb edir. Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”.
Təhsil sahəsində üzləşilən problemlər, təhsil hüququnun təmin edilməsi, keyfiyyəti və bu sahədəki digər məsələlər də Ombudsmanın daim diqqətində olan məsələlərdəndir. Ombudsman məsələ ilə bağlı mövqeyini açıqlayaraq bunları deyib: “Respublikanın bir sıra bölgələrində havaların daha tez soyuması nəticəsində məktəblərin isidilməsində yaranan problemlər şagirdlərin səhhətinə neqativ təsir göstərməklə yanaşı, davamiyyətin aşağı düşməsinə səbəb olur ki, bu da təhsil hüququnun səmərəli təmin olunmasına imkan vermir.
Odur ki, həmin təhsil müəssisələrində qış mövsümünə keçidin müəyyən edilmiş tarixlər üzrə deyil, hava şəraitinə uyğun tətbiq olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi daha məqsədəmüvafiqdir”.
Ombudsmanı eyni zamanda insanlarımızı ciddi narahat edən mülkiyyət hüququ, mənzil və təhlükəsiz yaşamaq kimi hüquqlarının etibarlı müdafiəsi məsələsidir.
Fəaliyyət dövründə Ombudsmanın vəsatəti ilə ümumilikdə 805, 2022-ci ildə isə 31 məhkum əfv edilib.
Beləliklə, insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələrlə səlahiyyətli dövlət qurumlarına müraciətlər edən Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi, əhalinin hüquqi maarifləndirilməsi, vətəndaş cəmiyyəti institutları ilə əlaqələr, habelə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini inkişaf etdirməkdədir. Bununla yanaşı, bu il Ombudsmanın Qərbi Azərbaycan İcması ilə səmərəli əməkdaşlığı da prioritet istiqamətlərdən birini təşkil edəcəkdir.
Əhali ilə birbaşa ünsiyyətə əsaslanan, nöqsan və problemlərin vaxtında aşkar edilməsinə və həllinə imkan verən vətəndaş qəbulları və görüşlər müntəzəm davam etdirilməli, ictimai nəzarət institutu gücləndirilməlidir.
Əhalinin hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə illik məruzədə öz əksini tapmış təklif və tövsiyələrin ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində öz həllini tapması, insanların layiqli həyat şəraitinin təmin olunmasına, vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəkdir.