Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirkinin yanında atışma baş verib.
Atışmada vurulanlardan biri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur. Qətlin sifarişçisi kimi krimnal avtoritet Nicat Lənkəranski olduğu söylənilir.
İddiaya görə, “brilyant” ləqəbiylə tanınan Nicat Lənkəranski hazırda Türkiyədə yaşayır.
Qeyd edək ki, silahlı insident nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən vurğulanıb ki, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
QMİ sədrinin qardaşı, millət vəkili Cavanşir Paşazadə ilə əlaqə saxladıq. O açıqlamasında bildirdi:
“Bacım oğlanlarından heç biri silahlı insident zamanı orda olmayıb. Bu xəbər əsassızdır”.