Xəbər verdiyimiz kimi, Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə QMİ-nin Qazılar Şurasının üzvü Hacı Şahin Həsənlinin anım mərasimi keçirilib.
Tacxeber.com xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, sədrin l müavini, müfti Salman Musayev, mərhumun ailə üzvləri, Azərbaycanın müxtəlif regionlarından olan din xadimləri və alimlər iştirak ediblər.
Tədbirdə mərhumun ruhuna Qurani-Kərim oxunub, dualar edilib, ehsan verilib.
Həmçinin, tədbir iştirakçıları mərhumun yaxınlarına başsağlığı veriblər. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edib.