• 22 Noyabr 2024 23:48

Zəlzələ biznesmeni bir anda müflis etdi: “Çaydan tapanda sevindim ki…” – VİDEO

 

Türkiyədə baş verən zəlzələdən sonra həyatı bir anda dəyişənlərdən biri də Hatayın ən zəngin iş adamlarından sayılan Məhmət Bulanıq olub.

Tacxeber.com xəbər verir ki, zəlzələ nəticəsində onun 23 marketindən 20-si və 8 evi dağılıb.

M.Bulanıq “CNN türk”ə müsahibəsində başına gələnləri danışıb:

“Bazar günlərindən birində həyat yoldaşım səhər erkən oyanıb süfrəni hazırlamışdı. Süfrədə çəngəl qoymağa yer yox idi. Bu zaman mən yoldaşıma “Allah bizə cəza verər. Süfrədə 20 cür nemət var. Xahiş edirəm belə etmə” – dedim. Ortancıl oğlum “Yeməyə heç nə tapmıram. Tuna balığı yoxdursa, mən heç nə yemərəm” – söylədi.

İndi isə biz çadırda yaşıyırıq. Zəlzələdən sonra onlara “Yadınızdadırmı, sizə xəbərdarlıq etmişdim. Hazırda bütün günü soyuq sendviç yeyirik və yenə də toxuq” – dedim.

Çay içmək üçün anbardan köhnə çaydan tapdım. Çox sevinmişdim. Sanki xəzinə tapmışdım.

Yəni insan “mən nə oldum” deməyəcək, “nə olacağam” deyəcək. Bir gün belə, ikinci gün çox fərqli ola bilər. Amma önəmli olan odur ki, bütün bunları başa düşəsən və onlardan dərs alasan”.

Keçmiş biznesmen deyir ki, hər gün banklardan zəng edirlər, onlardan dəstək və anlayış gözləyir: “Biz Hataydan ayrılmadıq, işimizi davam etdirmək istəyirik. Hatayda ticarətlə məşğul olanlar çox çalışqan, şərəfli və borcuna sadiqdir. Bu borclar ödəniləcək. Ticarət yenidən bərpa olunacaq. Amma bizə dəstək olsalar, 1-2 ilə asanlıqla ayağa qalxa bilərik”.

Qeyd edək ki, M. Bulanığın təxminən 400-ə yaxın işçisi olub. Onlardan sadəcə 4, 5 nəfəri onun yanındadır. Digərləri ya vəfat edib, ya da zəlzələnin olmadığı bölgələrə gedib.

 

Oxşar xəbərlər