Bu gün mərhum Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 98 ili tamam olur.
Tacxeber.com xəbər verir ki, aktyroun məzarını ziyarət edən qızı, Xalq artisti Afaq Bəşirqızı sosial media hesabında bununla bağlı paylaşım edib:
“Martın 11-də Azərbaycanın görkəmli teatr xadimi Bəşir Səfəroğlunun 98 yaşı tamam oldu. Ad günün mübarək, atam. Bu 98 ilin 44 ilini Azərbaycan mədəniyyəti üçün hər şey etdin. Yaşadın, yaratdın. Bu günə qədər qalan ömrünü isə mənə etibar etdin. Çox sağ ol, ata. Bilmirəm, sənin ömrünü necə yaşadım. Mən bu illər ərzində səni yaşatmağa, sənin yoxluğunu hiss etdirməməyə, yarımçıq qalmış yolunu davam etdirməyə çox çalışdım…” – deyə, aktrisa yazıb.