• 19 Sentyabr 2024 06:14

Hacı Şahinlə bağlı şəkil paylaşdı: “Ölkədə cəhalət və siyasi manipulyasiyalar…” – Foto

Hacı Şahinlə bağlı şəkil paylaşdı: “Ölkədə cəhalət və siyasi manipulyasiyalar...”  - Foto

 

“Mərhum Hacı Şahinin kanonizasiyası davam edir. Heç bilməzdim ki, Azərbaycanda insanların dini etiqadı mürtəce katolisizm və ya pravoslav etiqaddır. Bunu da gördük.. Amma bu ifrat bütpərəstliyin islama, şiə və sünni məzhəblərinə, fiqhə aidiyyatı yoxdur, əksinə islam dininin əsaslarına və fəlsəfəsinə təmamilə ziddir. Yekun nəticə – Azərbaycanda maraqlı ekzotik din formalaşır. Əslində, yeni tarixi prosesdir! Fenomendir!”

Tacxeber.com xəbər verir ki, bunu jurnalist Eynulla Fətullayev qeyd edib.

“XXI əsrdə belə reaksionizmin baş verəcəyini xəyala da gətirməzdim. Məni ən çox təəssüfləndirən və ağrıdan ölkəmizin və xalqımızın düşdüyü dərin uçurumdur, fəlakətdir – təhsilin, maarifin, ictimai təfəkkürün səviyyəsi Yəmən, Somali, Sudan bataqlığından heç nə ilə fərqlənmir. Ölkədə cəhalət və siyasi manipulyasiyalar hökm sürür… Bir az da belə dövr etsə, xalqımız öz peyğəmbərini də elan edəcək… 1990-cı ilin qəhrəman xalqı dünyada ən geridə qalmış xalqları sırasına qoşuldu. Əlvida, Avropa!” – E.Fətullayev yazıb.Возможно, это изображение 2 человека и текст

Tacxeber.com

Oxşar xəbərlər