Tacxeber.com xəbər verir ki, bunu hərbi alyansın Avropadakı qüvvələrinin fransalı keçmiş komandan müavini Mişel Yakovlef deyib.
Onun fikrincə, Rusiyanın dağılması qaçılmazdır və bu, SSRİ-nin dağılmasından qat-qat qanlı olacaq.
“Çünki indi ölkədə faktiki olaraq üç ordu var. Bütün bunlar Rusiya Federasiyasını 1973-cü il modelinin Livanına çevirir. Putin rejimi fevralın 24-dən əvvəl məhvə məhkum idi və Ukraynanı işğal etmək qərarı yalnız süqutu sürətləndirdi”, – deyə general əlavə edib./Modern.az