Asiya ölkələrinin əksəriyyətinin tualet kağızından istifadə etməməsi hər kəsi təəccübləndirən faktdır. Ancaq zərərini eşidənlər artıq onları haqlı sayır.
Tacxeber.com xəbər verir ki, yumşaq və ətirli çeşidləri ilə rəflərdə öz yerini tutan tualet kağızı ilə bağlı oxuyacaqlarınız sizi təəccübləndirəcək.
Belə ki, hər gün ən həssas yerlərimizə vurduğumuz o kağızlar gigiyenik məhsul olsa da, əksər şirkətlər “kommersiya sirri” hüququna sığınaraq, onun tərkibini paylaşmırlar. Çünki tualet kağızının yumşaq və sərt olması üçün təhlükəli kimyəvi maddə olan “formaldehid”dən istifadə edilir.
Formaldehidin özəl bölgələrimiz üçün qıcıqlandırıcı xüsusiyyəti var. Bu da gözlərin, dərinin və boğazın daha da həssaslaşmasına səbəb olur.
Digər tərəfdən, istehsalçılar tualet kağızından çiçək bağçası kimi qoxunun gəlməsi üçün bir çox süni ətirlərdən istifadə edirlər. Bu süni qoxular təkcə özəl bölgənizin pH balansı ilə oynamır, həm də infeksiyaya yoluxma riskini artırır.
Eyni zamanda tualet kağızı ilə silinmək mikrobların əlinizə və dırnaqlarınıza keçməsi deməkdir. Beləliklə, tualet kağızından uzun müddət istifadə etmək reproduktiv problemlər yarada bilər.