• 22 Noyabr 2024 23:04

Elgiz Elzayla dalaşdı: “Bir də gördük, İrana çatmışıq“ – Video

Elgiz Elzayla dalaşdı: “Bir də gördük, İrana çatmışıq“ - Video

 

Aparıcı Elgiz Əkbərlə Əməkdar artist Elza Seyidcahanın efirdə sözü çəp gəlib.

Tacxeber.com Olay-a istinadla xəbər verir ki, buna səbəb Elgizin Seyidcahanla bağlı bəzi açıqlamaları olub.

Aparıcı bəstəkarla veriliş apardığı vaxtlardan danışıb:

“Elzayla 2 gün veriliş apardıq. Üçüncü gün tamaşaçı dedi ki, biz infarkt olma dərəcəsinə çatırıq. İkimiz də çox danışanıq. Məsələn, Elgiz gəldi, dedi ki, külək əsir. Elza da 2 saat küləkdən danışırdı. Özü çalıb, özü danışırdı. Dedim ki, daha nə işim var.

Bir dəfə də konsertə gedirdik, mən aparıcı idim, 3-4 də sənətçi var idi. Mən qabaqda əyləşmişdim, Elza da arxada danışır, danışır, gəlinliyindən, necə ərə gedib, necə tanış olub, sonra birinci gün buna süd veriblər, onu qoyub ocağın üstünə, süd daşıb və s…

Maraqlı danışırdı. Bir də saata baxdım, axı biz 2 saata çatmalıydıq, dörd saatdır yoldayıq. Sən demə, rayon qalıb qərbdə, biz də Lənkərana gedib çıxmışıq. Hələ İran sərhədində idik”.

Elza isə Elgizin hər şeyi fərqli danışdığını bildirərək ona etiraz edib:

“Bir var, boş-boş danışasan, bir də var məntiqli. Məcburi insanlar qulaq asır ki, görəsən, nəsə deyəcək. Hər şeyi tərsinə danışdı. Qınamıram, verilişə o qədər adam gəlir ki, qarışdırırsan.

Biz qayıdanda yolda problem oldu, gecə idi, danışmaq lazımdır ki, sürücü yatmasın.

Dünəndən xalçaları qapıma sərmisən ki, gəl verilişimə, indi də belə danışırsan. Orada hamı danışırdı, mən də bir kəlmə dedim. Xətrimə dəyirsən, verilişindən gedərəm”.

Bundan sonra tərəflər mübahisəyə son qoyaraq barışıblar.

Tacxeber.com

Oxşar xəbərlər