• 23 Noyabr 2024 04:11

İmkanlı ailələrin yeni trendi: hormon iynəsi nədir?

ABŞ-da ailələr övladlarının səhhətlərində heç bir problem olmasa da, hormon iynəsi vurmağa başlayıblar.

Tacxeber.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, həkimlər “Kosmetik endokrinologiya” adlanan prosedurun sağlamlıq riskləri ola biləcəyini söyləyirlər.

Ekspertlər bu hormon iynəsinin yeniyetmələrə mənfi sosial mesaj göndərdiyini və onların ürək problemləri riskinin artırdığını deyirlər. Buna baxmayaraq, obsesif ailələr etdiklərinə görə peşman deyil.

Obsesif zəngin ailələr hormon inyeksiyalarına müraciət edərək, uşaqlarını həmyaşıdlarının zorakılığından qorumağa, onlara daha sağlam və atletik bədən verməyə çalışırlar.

Qeyd edək ki, qısa boylu uşaqlara hormon inyeksiyası Çində də geniş şəkildə tətbiq olunur.

Tacxeber.com

Oxşar xəbərlər