• 23 Noyabr 2024 01:26

Şüyüdün bu faydalarını biləndə hər gün yeyəcəksiniz

Şüyüdün faydalarını oxuduqdan sonra ona heyran qalmaqla bərabər mətbəxinizdən və süfrənizdən əskik etməyəcəksiz. 

suyudun-bu-faydalarini-bilende-her-gun-yeyeceksiniz

 

Tacxeber.com bu incə göyərtinin möcüzəvi faydaları haqda bilməli olduğunuz vacib bilgiləri təqdim edir:

Şüyüdün tərkibində A, C və E vitaminləri, kalsium, kalium, dəmir kimi faydalı müxtəlif minerallar var.

Bu vitamin və mineralların birləşməsilə şüyüdün güclü antioksidant xüsusiyyətlər ortaya çıxır.

Bu xüsusiyyəti sayəsində şüyüd sərbəst radikalları, yəni xəstəlik yarada biləcək zərərli maddələri bədənimizdən uzaqlaşdırır və  bizi xəstəliklərdən qoruyur.

Yüksək təzyiqi aşağı salır

Şüyüddə olan maddələr qan təzyiqini nizamlayır, qanın damarlara etdiyi yüksək təzyiqin də qarşısını alır.

Xalq arasında yüksək təzyiq kimi tanınan bu problemin həllində olduqca təsirlidir və belə xəstələrin qida rasionunda mütləq olmalıdır.

Pis xolesterolu aşağı salır

Şüyüd yalnız yüksək təzyiqin deyil,  eyni zamanda pis xolesterolun da düşmənlərindən biridir.

Birdən yüksələn, ya da tez-tez təkrarlanan xolesterol probleminin həllində təsirli olan şüyüd qanda insulinin də  səviyyəsini tarazlayır.

Həzm sistminə yaxşı təsir edir

Şüyüdün antioksidant xüsusiyyəti həzm sisteminin işinə müsbət təsir edir və  xüsusilə həzmsizlik və qaz problemi yaşayanlar üçün ən təbii və təsirli vasitədir.

Nizamlı olaraq istifadə edildiyində mədə ağrısı, qaz sancısı problemlərini də ortadan qaldırır.

Sümük sağlamlığını qoruyur

Şüyüd kalsium baxımından olduqca zəngin qidalardan biridir. 1 stəkan doğranmış şüyüd gündəlik kalsium ehtiyacının az qala yarısını qarşılayır.

Xüsusilə inkişaf çağındakı uşaq və gənclərin sümüklərinin inkişafında əvəzedilməzdir.

Skelet quruluşunun ehtiyacı olan kalsiumu təmin edərək güclənməsinə dəstək verən şüyüd bu xüsusiyyəti ile yaşla əlaqəli  sümük əriməsi probleminin də qarşısını alır.

Şüyüd hansı xəstəliklərə yaxşı təsir edir?

Şüyüd tiroid vəzlərinin  funksiyasına təsir edir.El arasında qalxanvari vəz xəstəlikləri,  zob xəstəliyi adlandırılır.   Tiroid vəzlərinin zəif işləməsi nəticəsində yaranan  hipotiroid və tiroidin sürətlə işləməsi nəticəsində yaranan hipertiroid xəstəliklərinin müalicəsində istifadə edilir. Tiroid hormonunun zəif işləməsi nəticəsində yaranan  guatr xəstəliyinin müalicəsinə yaxşı təsir edir.

Şüyüd  maddələr mübadiləsini sürətləndirir

Hemoroid problemi yaşayanların yeməkdən əvvəl  şüyüd suyu istehlak etmələri təklif edilir. Şüyüd təkrar hemoroid düyünlərinin meydana gəlməsinə mane olur.

Qadınlarda adət  sancılarını yüngülləşdirir və çirkli qanın bədəndən  ifraz edilməsində xüsusi rol oynayır.

Şüyüdün tərkibində olan elementlər diabet xəstələrinin müalicəsi üçün yaxşıdır.

Əmizdirən analar üçün şüyüd əvəzedilməz südartıran qidadır. Ana südünün   keyfiyyətini artırır. Təzə şüyüddən əldə edilən şüyüd yağı əmizdirən anaların sinə yaralarına yaxşı təsir edir.

Şüyüd həm də insanı sakitləşdirir.  Sinir, stress, depressiya kimi problemlərin öhdəsindən gəlməyə kömək edir və bu problemlərin səbəb olduğu  yuxusuzluq dərdinə çarədir.

Şüyüdün antioksidant, iltihabəleyhinə və antibakterial xüsusiyyətləri güclərini birləşdirir və orqanizmin daxilində, ya da xaricində yaranan bütün iltihabların, yaraların sürətlə yaxşılaşmasını təmin edir.

Şüyüd həm də yaxşı sidikqovucudur.  Bu da şişkinlik və köpmə problemlərinin həllində bizə kömək edir və orqanizmdə toplanmış  çox suyu bədəndən uzaqlaşdırır.

Şüyüd suyu yeni doğulan uşaqlar üçün də əvəzedilməz qidadır. Bağırsaqlardakı qazı azaldır və uşağın sakitləşməsində mühüm rol oynayır.

Tacxeber.com

Oxşar xəbərlər