• 18 Oktyabr 2024 09:12

“Deyir ki, öz arvadımdır, yaxşı edib çəkmişəm…”

“Deyir ki, öz arvadımdır, yaxşı edib çəkmişəm...”

“Son zamanlar kişilərin onlara xəyanət edən xanımlarının videosunu çəkərək yayması halları artıb. Əvvəla onu qeyd edim ki, mən bu cür mövzularla verilişə şikayətə gələnləri qətiyyən qəbul etmirəm. Bir dəfə 6 il bundan öncə bu mövzu ilə şikayətə gələn kişini efirə çıxarmışdım, o da 3 uşağına xatir, onları geri ala bilməsi üçün işi məhkəməyə daşıyacaqdıq deyə qəbul etmişdik”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış teleaparıcı Amil Xəlil deyib.

Kişilərin onlara xəyanət edən xanımlarını videoya çəkərək sosial şəbəkələrdə yayması barədə danışan aparıcıəks cins nümayəndələrinin bunu qisas almaq məqsədi ilə etdiyini bildirib:

“Baxın, həmin kişilər xanımlarının kiminləsə yazışdığını, danışdığını hardan bilirlər? Əvvəlcədən bütün kənddə bu danışılır, hamı bilir. Hətta kafedə oturanda da özünə deməsələr də qohumlarına, tanışlarına deyirlər ki, xəbərin varmı, filankəsin xanımı filankəslə görüşür, filankəslə “yatır”. Bu söhbətlər 2-3 ay sonra həmin kişinin qulağına gəlib çatır, bu adam da başlayır işin izinə düşməyə və gedir xəyanət anını videoya çəkir.

Qadını öldürmək məsələsə gəldikdə isə illərdir efirlərdə biz maarifləndirdik ki, qadını öldürməyin, öldürüb gedib illərlə həbsxanada yatacaqsınız, qanun var, qayda var. Bu insanlar isə qisasa meyillidirlər və qisas almaq üçün qadını videoya çəkib onun nəslini biabır edirlər.

Biri var ki, qadını öldürəcək, heç kim də bilməyəcək nə olub, deyəcəklər namus üstə öldürdü, amma hamı deyəcək ki, sübut yoxdur. Bu adamlar isə qisas almaq üçün xəyanət anını götürüb telefonla çəkir və sosial şəbəkələrə buraxır. Üstəgəl, çəkdiyi öz arvadıdır, heç kim ona heç nə deyə bilməyəcək, desə də cavab verəcək ki, yaxşı eləmişəm, evimdir, gəlmişəm belə bir şey görmüşəm və çəkmişəm”.

Amil Xəlilin sözlərinə görə, bu gün bəzi xanımlar öz həyat yoldaşlarından iyrənirlər. Bunda isə xarici serialların təsiri danılmazdır:

“İndi elə bir təbliğat gedir ki, bəzi xanımlar ərlərindən iyrənirlər. Çünki evlərində “krosna” var, seriallara baxır, görür ki, serial qəhrəmanları ərləri ola-ola gedib başqa kişilərlə görüşür, deyir ki, həyatımı yaşayıram. Qadın da deyir ki, mən niyə eləməyim? Bunları xarici seriallarda görürlər. Bir şey olanda da yapışırıq yerli kanallardan. Vallah, yerli kanalların bir günahı yoxdur. Biz maarifləndiririk ki, qadını öldürmə və s. Amma qadınlar da deyir ki, əşşi, mən ərimdən iyrənirəm. İndi bəzi xanımlarda “seks xəstəliyi” yaranıb. Qadınlarda doyumsuzluq yaranıb. Amma bir az geriyə baxaq, bizim nənələrimizin, analarımızın illərlə yoldaşları yanında olmayıb, amma necə rahat yaşayıblar.

Əvvəllər kişilər bıçaqla, balta ilə xəyanət edilən otağa daxil olardılar, indi telefonla daxil olurlar. Ona görə telefonla daxil olurlar ki, sabah bunu sübut eləyib uşaqlarını tələb edə bilsin. İndi xanımın belə görüntüsü ortaya çıxmayana kimi heç bir qurum uşağı götürüb ataya vermir. Ortaya səs yazıları da qoysan mümkün deyil, deyəcəklər ki, bu sübut deyil. Bu kişilər həm də düşünür ki, aliment verəcəm, ondansa qoy hadisəni sübut edim. Düşünürlər ki, qoy çəkim qayınanama, qayınatama sübut edim ki, bax, sənin qızın belədir. Həmin nəsli biabır etmək üçün kişi  bunu edir ki, desin ki, bax, sizin qızınız budur. Elə xanımlar utanıb ölsünlər ki, həm öz xalası, bibisi oğlanlarının, həm qohumlarının başlarını bu cür yerə soxurlar. Bu cür insanlara nifrət edirəm və onlar sərt cəzalandırılmalıdır. Həmin qadınlar boşansınlar, boşanandan sonra nə istəyirlər etsinlər. Ay xanımlar, boşanın, sonra nə qələt edirsiniz, edin!”

Tacxeber.com

Oxşar xəbərlər