• 22 Noyabr 2024 20:03

Bakıda yaşamaq üçün tələbə olmaq istəyirlər – DİM sədrindən irad 

Bakıda yaşamaq üçün tələbə olmaq istəyirlər - DİM sədrindən irad 

 

Abituriyentlərin heç də hamısı ixtisas seçimini özü etmir. 

Tacxeber.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Yenə seçimi bəzi təhsil ekspertləri edir. Onlar təki harasa qəbul olunsun deyə seçim edirlər. Abituriyentlər də var ki, rayondan çıxıb Bakıda yaşamaq üçün qəbul olmaq istəyir”, – deyə DİM sədri vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər