• 23 Noyabr 2024 02:11

Deputat: “İşdən çıxarırlar, nə var ki, o biri nazirlə işləyib“

Deputat: “İşdən çıxarırlar, nə var ki, o biri nazirlə işləyib“

 

“Bələdiyyələrin torpaqlarının xəritələri hələ də verilməyib. Ona görə də Bələdiyyə mülkiyyətinə çox yerdə sahib çıxıblar”.

Tacxeber.com “APA-Economics”ə istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, qanunla bələdiyyələrə verilən mülkiyyət onlara geri verilsin: “Qəbiristanlıqlar da qanunla bələdiyyələrə verilib, lakin ortada iş yoxdur”.

Deputat qeyd edib ki, bir də görürsən hər hansı nazirlikdə rəhbər şəxslə bağlı dəyişiklik olur, yeni gələn vəzifəsinin icrasına başlayan kimi uzun müddət çalışan işçini işdən çıxarır:

“Çıxarılan şəxs nə korrupsiyaya yol verib, nə dövlətə xəyanət edib. Nə var ki, o biri nazir və ya icra başçısı ilə işləyib. Həmin şəxs də gözləyir ki, bir pillə irəli çəkəcəklər, amma əksinə, işdən çıxarırlar”

Tacxeber.com

Oxşar xəbərlər