Tanınmış aktyor Taleh Yüzbəyova qarşı dələduzluq olunub.
Tacxeber.com xəbər verir ki, aktyor bu barədə “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, adından saxta səhifələr açılaraq insanları aldatmağa çalışanlar peyda olub:
“Dostlar, qarşınıza mənim adımdan yarış və ya hədiyyə təklif edən səhifə çıxarsa, inanmayın! Saxtakarlıqdır. Sizi aldada bilərlər. Xahiş edirəm, ehtiyatlı olun! Həmin səhifəni şikayət edin və “əbəjdadını” söyün, zəhmət olmasa”.