• 22 Noyabr 2024 22:24

Allergiyanı otlarla necə müalicə edək? – Üsullar

Bu xəstəlik, əsasən qaraciyər fəaliyyətinin pozğunluğundan əmələ gəlir.

allergiyani-otlarla-nece-mualice-edek

 

Tədqiqatlara əsasən planetimizin hər 7 adamından biri allerigiyaya düçardır.

Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər.

Qida allergiyası zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir. Meyvə-tərəvəz, bostan bitkilərindən, sitrus meyvələrindən, süd, bal, bişmiş yeməklərdən, şirniyyat məhsullarından və digər qida məhsullarından bu xəstəliyə tutulmaq mümkündür.

Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır. Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir.

Tacxeber.com xəstəliyin xalq təbabətində müalicə üsullarını təqdim edir:

1 – Şahtərəotu suda qaynadılıb səhər və axşam 1 stəkan içilir. Bu əlac qanı təmizləyir, qaşınmanı aradan qaldırır.

2 – 10 qram rəvənd, 10 qram acı yonca bir çaydanda qaynadılır. Səhər və axşam bir çay stəkanı içilir.

3 – İnnab yarpağı suda qaynadılıb stəkanla içilir.

4 – 3 qram sənaməki suda qaynadılır və süzülür, suyu stəkanla içilir.

5 – Pendirin suyu stəkanla içilir

6 – Turşəng, quzuqulağı suda qaynadılır və dəriyə sürtülür.

7 – Çöl nanəsi (yarpız) suda qaynadılaraq suyu stəkanlarla içilir.

Tacxeber.com

Oxşar xəbərlər