Xalq artisti Məleykə Əsədova izləyicilərinin ona görünüşü ilə bağlı ünvanladığı sualları cavablandırıb.
Tacxeber.com xəbər verir ki, aktrisa formada qalmağının sirrini bölüşüb. O bildirib ki, yoqa ilə məşğul olur:
“Ruh, bədən sağlamlığı arzu edirəm hər bir izləyicimə. Əzizlərim, çox suallar verirsiniz necə edirsiniz bu cür cavan və gözəl qalırsınız. Gözəllik ilk öncə daxildən gəlməlidir, zehninizi və düşüncələrinizi sağlam saxlayın. Dedi-qodudan uzaq olub, Allahın bəxş etdiyi hər saniyəyə şükr edib, işinizlə, ailənizlə, məşğul olub, təbiətdə və ətrafında olan gözəllikləri görə bilsək, üzümüzə nur gələcək. Gözəllik gedəridir, nur qalıcıdır. Sağlamlıq gözəllikdir. İdman isə sağlamlıqdır. İnsanın ruhuna da təsir edir. Könlümüzü, ruhumuzu gözəl niyyətlərlə saflaşdıraq. Həyatın bəxş etdiyi hər bir gözəlliyi görə bilək. Ömür çox qısadır, Allahın bəxş etdiyi ömrü neqativlərdən uzaq olub, saf düşüncələrlə öz həyatımızı yaşayaq”.