• 22 Noyabr 2024 23:29

Natiq Cəfərli: “Əli müəllimi görən olsa desin ki, bizdə bazar var, amma iqtisadiyyat yoxdur…”

 

“Bu gün Parlamentdə hökumətin hesabatı təqdim olunub. Normal ölkələrdə 1 nömrəli gündəm bu məsələ olardı, bizdə isə Nazirlər Kabineti ən dişsiz qurum, Baş Nazir isə ən lazımsız vəzifədir. Elə nazirlər var ki, Baş Nazirdən səlahiyyəti, hörməti, məsələrə təsiri daha çoxdur və bu həmişə belə olub”.

Tacxeber.com-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Baş Nazir Əli Əsədov bu gün qaz limitləri ilə bağlı deputatlardan birinin sualına cavab verərkən deyib ki, bu, bazar iqtisadiyyatıdir. Lazımsız vəzifə sahibi bu məsələdə də doğru deməyib, qaz qiymətləri Tarif Şurası, yəni dövlət tərəfindən tənzimlənir, bazar iqtisadiyyatının bu məsələyə aidiyyatı yoxdur və ümumiyyətlə, Əli müəllimi görən olsa desin ki, bizdə bazar var, amma iqtisadiyyat yoxdur…” – N.Cəfərli qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər