• 22 Noyabr 2024 23:06

Hədisin doğruluğunu sübut etmək üçün zəhər içib öldü – FOTO

Hədisin doğruluğunu sübut etmək üçün zəhər içib öldü - FOTO

 

İngiltərədə yaşayan ilahiyyatçı alimin son addımı sosial mediada geniş əks-səda doğurub.

Mançester Universitetində keçirilən debat zamanı Şeyx Rəşid adlı şəxs “7 xurma yeyən insan üzərində zəhər və sehr yararsızdır” hədisinin doğruluğunu sübut etməyə çalışıb.

Xurma yedikdən sonra siçovul zəhəri içən Şeyx Rəşidin öldüyü iddia olunub. Sözügedən hadisə bir çox xəbər saytlarında da dərc edilib. Lakin məlumatlarda mövzu ilə bağlı paylaşılan görüntüdən başqa heç bir informasiya yer almayıb.

Yayılan xəbərlərin ardınca Şeyx Əsrar Rəşidin rəsmi Tvitter hesabından məlumat təkzib edilib:

“Usta Əsrar Rəşid sağdır. Ona siçovul zəhəri içəndən sonra heç nə olmayıb”.

Qeyd edilib ki, sözügedən hadisə 19 fevral 2020-ci ildə Mançester Universitetində İslam və Xristianlıq mövzusunda keçirilən debat zamanı baş verib (sfera.az).

Tacxeber.com

Oxşar xəbərlər