• 01 Dekabr 2024 23:35

Türkiyəni AŞPA-da təmsil edən millət vəkili: “AP-nin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnamənin heç bir qüvvəsi yoxdur”

 

“Avropa Parlamentinin (AP) Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnamənin heç bir qüvvəsi və tanınacaq tərəfi yoxdur, həmin qətnamə etibarsızdır”.

Bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili, qardaş ölkəni Avropa Şurasının Parlament Assambleyasında təmsil edən Kamil Aydın deyib.

O, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (ATƏT PA), Avropa Şurası Parlament Assambleyası (AŞPA) və NATO Parlament Assambleyasında (NATO PA) iclaslarında Türkiyə nümayəndə heyətinin üzvü olaraq öz ölkəsi ilə bərabər, Azərbaycanın problemlərini də hər zaman dilə gətirdiyini vurğulayıb.

Millət vəkili qeyd edib ki, 705 üzvdən ibarət Avropa Parlamenti əsasən ermənipərəst şəxslərdən təşkil olunduğuna görə, heç zaman bu qurumun türk və islam dünyası ilə bağlı müsbət qərarlar qəbul etdiyinə şahid olmayıb:

“Avropa Parlamentinin qərarına təəccüblənmədim. Çünki çoxluğu ermənipərəstlərdən ibarət bu qurumdan belə bir addımın atılması gözlənilən idi. Avropa Parlamentinin bu günə qədər verdiyi bütün qərarların türk əleyhinə olması özünü göstərməkdədir. Bir neçə gün öncə də Ermənistan-Azərbaycan münasibətləri nöqteyi-nəzərindən ortaya qoyduqları qətnaməyə baxdıqda mənasız və yersiz cəfəngiyatların irəli sürüldüyü görünür. Ona görə də bu qətnamənin heç bir qüvvəsi və tanınacaq tərəfi yoxdur, etibarsızdır”.

K.Aydın türk dünyasının Azərbaycanı haqlı mövqeyində müdafiə etməsinin təqdirəlayiq olduğunu bildirib:

“Türk Dövlətləri Təşkilatının Ankaradakı son Zirvə Görüşündə bu, bir daha öz təsdiqini tapdı. Azərbaycanın məqsədi bütün hallarda Ermənistanla arasında olan problemi danışıqlar masası ətrafında çözməkdir. Əgər burda da çıxılmaz vəziyyət yaranarsa, eyni coğrafiyada yerləşən Gürcüstan və Türkiyə bu məsələyə cəlb edilə bilər, Qərb isə yalnız kənardan bu prosesi müşahidə edər”.

Tacxeber.com

Oxşar xəbərlər