• 01 İyun 2025 07:47

Dietoloq: “Dəriyə yod sürtmək faydasızdır”

 Dietoloq: “Dəriyə yod sürtmək faydasızdır”
Paylaş

 

Rusiyalı diyetoloq Natalya Kruqlova bildirib ki, bədəndəki yod çatışmazlığını dəriyə yod sürtməklə aradan qaldırmaq cəhdi faydasızdır.

O, bu üsulun bir sıra səbəblərdən, o cümlədən apteklərdə satılan yodla qidalarda və məhlullarda olan yod birləşmələrinin fərqli quruluşuna görə işləmədiyini izah edib.

Onun sözlərinə görə, bəzən dəriyə yod şəbəkəsi çəkməklə orqanizmdə bu maddəyə ehtiyacın olub-olmadığını müəyyən etməyə çalışırlar.

“Hesab olunur ki, maddə dəriyə tez hoparsa, deməli bədən yod çatışmazlığı yaşayır. Lakin bu, mifdir” – ekspert bildirib.

O, əlavə edib ki, yod çatışmazlığından xilas olmaq çətin deyil. Bunun üçün müntəzəm olaraq yodlaşdırılmış duz, həmçinin balıq və digər dəniz məhsulları yemək kifayətdir.

Tacxeber.com

Oxşar xəbərlər