• 02 Dekabr 2024 00:06

Qubanın Qırmızı qəsəbəsi haqda – Video

Qırmızı Qəsəbə – Quba rayonunda, Qusara gedən yol üzərində yerləşən bu qəsəbədə yəhudilər Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülmüşdür.

Bu kəndin əsasının 1731-ci ildə qoyulduğu güman edilir. Bu dövrdə siyasi təzyiq səbəbindən indiki əraziyə (Kulqat) köçən dağ yəhudiləri buraya kompakt formada yerləşir. Kəndin ilkin adı olan Kulqat indi də Qırmızı Qəsəbəni təşkil edən kvartallardan birinin adını daşıyır.

Ərazi 7 məhəllədən ibarətdir: Kulqat, Qusar, Qarçoq, Giləki, Ağacani, Çapkəni və Mizrahi. Bütün bu kvartallar əslində bu əraziyə köçən dağ yəhudilərinin gəldiyi ərazini və soyunu göstərir.

Qəsəbədə ən qədim kvartal Kulqatdır. Kulqat yəhudiləri özlərinin dediklərinə görə onlara qarşı siyasi təzyiq edən Kulqat xanının təzyiqi ilə bu əraziyə köçüblər. Qusar kvartalında yaşayan yəhudilər bura 1779-cu ildə Qusardan, Qarçoq kvartalında yaşayan yəhudilər bura Dərbənddən, Giləki kvartalında yaşayanlar Gilandan, Ağacani kvartalında yaşayanlar İranın Saqqız ərazisindən, Çapkəni kvartalında yaşayanlar Dağıstanın Axtı vilayətindən, Mizrahi kvartalında yaşayanlar isə Qubanın yaxınlığından bu əraziyə gəlmişdi.

XVIII əsrdə bu qəsəbə “Qafqazın Yerusəlimi” adını almışdı.

İkinci dünya muharibəsindən sonra yəhudi əsilli əhalinin sayı kənddə daha da artdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra İsrail burada yaşayan yəhudilərə kömək edir.

Hal-hazırda bu qəsəbədə  üç sinaqoq mövcuddur.

Maraqlı tarixi olan bu qəsəbə haqda daha ətraflı təqdim etdiyimiz bu maraqlı videoda tanış ola bilərsiniz.

Tacxeber.com

Oxşar xəbərlər