• 10 Dekabr 2024 15:26

Elşad Miridən Ramazan açıqlaması: “Ya dinini, ya da özünü dəyiş”

Elşad Miridən Ramazan açıqlaması: “Ya dinini, ya da özünü dəyiş”

Ramazan ayı Azərbaycanda hər zaman geniş müzakirələrə səbəb olur. Cəmiyyətdə təkcə dindarlarla ateistlər deyil, eləcə də oruc tutanlarla tutmayanlar arasında mübahisələr yaranır. Oruc tutan bəzi adamlar oruc tutmayan adamlardan özlərinə qarşı diqqət və həssaslıq tələb edirlər. Onların fikrincə, oruc tutmayan adamlar onların yanında yemək yeyə, su içə bilməz.

Bu nə dərəcədə doğrudur? Oruc tutan adamın yanında yemək yemək olarmı? Dində bununla bağlı qadağalar varmı? Oruc tutmayanlar tutanlarla münasibətdə necə davranmalıdır?

Yenisabah.az-a açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri suallara aydınlıq gətirib.

Dinşünas düşünür ki, bunu dini bir format olaraq təqdim etməyin özü çox yanlışdır:

“Məsələn, evimizdə yoldaşım oruc tutur, amma birinci sinifdə oxuyan oğlumuz üçün yemək bişirir. Bişirməsinmi? Nə etsin? Ac saxlasın? Yaxud yanımızda gedən bir insan ola bilər, mən də orucluyam. Yanımızda insan da şəkər xəstəsi ola bilər ki, şəkəri düşəndə, ya da qalxanda nə isə yesin. İndi durub ona etiraz edim?!”

Elşad Miri deyib ki, oruc bəndə ilə Allah arasında olan bir məsələdir:

“Bunu insanlara niyə nümayiş etdirməliyəm? Yaxud buna görə kimdənsə niyə nə isə tələb etməliyəm? Belə bir haqqımız yoxdur. Mən namaz qıldığıma, yaxud oruc tutduğuma görə kiməsə nə isə demək ixtiyarım da yoxdur. Bu, insanların bir-birinə etik yanaşmasıdır ki, bir-birlərinə hörmətlə və qarşı tərəfin xətrinə dəyməyəcək formada məsələni həll etməyə çalışsınlar.

Kimin nə deməyindən asılı olmayaraq, bu sahədə olan bir insan kimi məsələyə hər zaman sadaladığım nüanslarla yanaşıram. Kim nə deyir, necə aqressiya nümayiş etdirir, bu, hər kəsin özü ilə bağlıdır. Əgər dini yanaşman budursa, ya dinini, ya da özünü dəyiş.

Məsələn, qonşun var, çalışırsan ki, səhər sahura duranda qonşun oruc tutmayıb deyə, asta addımlar atırsan ki, oyanmasın, narahat olmasın. Bunlar etik qaydalardır və bunu kimsə bizdən tələb etmir. Ona görə də yanaşma budur.

Bəzi Qərb ölkələrində müəyyən vaxtı keçəndən sonra evdə hansısa işləri görmək, evləri tozsoranla təmizləməz olmaz. Əgər qonşu bunu edirsə, bu adamlar gedib ona heç nə demir. Bir başa aidiyyəti qurumlara müraciət olunur ki, qonşum məni narahat edir. Düzdür, bu qonşuluq artıq funksiyasını itirir, amma adamların yanaşması budursa, bizimki də eynilə belə olmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər