Əri Çağlar Öktendən boşanma xəbəri ilə mətbuatda geniş yer alan Seda Sayan ötən gün bir dəvətə qatılıb. Sayanın hər iki qulağına taxdığı eşitmə cihazı diqqətdən yayınmayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Seda Sayanın televiziya verilişində davamlı olaraq qulaqcıq taxdığı üçün eşitmə qabiliyyətini itirməyə başladığı və bu səbəbdən əməliyyat olunduğu öyrənilib. Seda Sayanın peşə xəstəliyi kimi tanınan bu vəziyyətə görə izdihamlı və səs-küylü yerlərə gedərkən bu qulaqcığı taxdığı da bildirilib.