• 22 Noyabr 2024 23:06

Makron biabır oldu: Yoxsulluqdan danışarkən, 80 min avroluq saatını…

 

Fransa prezidenti Emmanuel Makron televiziyaya verdiyi müsahibə zamanı pensiya islahatından danışarkən 80 min avroluq qol saatını çıxararaq stolun altına qoyub.

Tacxeber.com xəbər verir ki, bu barədə “L’Independant” nəşri yazıb. Qeyd olunur ki, bir çox izləyicilər Makronun bu hərəkətini yoxsulluq, pensiya islahatı və etirazlarla bağlı söhbət zamanı yersiz, dəbdəbəli əşyanı kadrdan çıxarmaq cəhdi kimi qiymətləndirib.

“Heç vaxt belə böyük alıcılıq qabiliyyətinə malik olmayan “minimalistlər”dən danışarkən o, dəbdəbəli saatını diqqətlə masanın altına qoyur. Bu adam zarafatcıldır!” – LFI partiyasının deputatı Klemens Göte bildirib.

Siyasətçi Florian Filippo qeyd edib ki, bu yöndəmsiz məqam tezliklə unudulmayacaq. Məlumatı ictimai girişdən silmək cəhdləri onun daha geniş yayılmasına səbəb olacaq.

Fransa prezidentinin ofisi Makronun bu jestini texniki zərurət kimi izah edib. İddialara görə, Makron aksessuarı gizlətmək niyyətində olmayıb, sadəcə aktiv şəkildə jest edərkən, saat masaya dəyib və səs çıxardıb. Ona görə də, Makron onu qolundan açaraq masanın altına qoyub.

Tacxeber.com

Oxşar xəbərlər