“Futbolçularımız heç vaxt bu qədər psixoloji və fiziki vəziyyətdə olmayıblar. Təbii ki, zəlzələ onlara mənfi təsir göstərib. Rəqibin Ermənistan millisi olması da müəyyən gərginliyə səbəb olur”.
Tacxeber.com xəbər verir ki, bunu Ermənistanla oyun öncəsi Türkiyə millisinin futbolçusu Cengiz Ünder bildirib.
Ünder Ermənistan millisinin sabiq kapitanı Henrix Mxitaryanı da xatırlayıb. “Mxitaryan mənim dostumdur, onun təcrübəsi mənə çox kömək edib. Amma onun oynayıb-oynamamasının bizim üçün fərqi yoxdur. Bizim məqsədimiz sabahkı oyunda qələbə qazanmaqdır. Bizim vəzifəmiz üç xalı götürüb Xorvatiya ilə oyuna hazırlaşmaqdır”, – Ünder deyib.
Xatırladaq ki, Aleksandr Petrakovun rəhbərlik etdiyi Ermənistan millisi martın 25 -də Türkiyə yığması ilə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsinin ilk oyununu keçirəcək. Ermənistan millisi D qrupunda çıxış edir və onun rəqibləri Xorvatiya, Türkiyə, Uels və Latviya milliləridir.