• 26 Dekabr 2024 21:57

Peskov Ermənistanda Putinin həbs edilməsi təhlükəsini şərh edib

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Vladimir Putinin Ermənistana səfəri halında Beynəlxalq Cinayət Məhkəməsinin tələbi ilə mümkün həbsi ilə bağlı Ermənistanın mövqeyini aydınlaşdırıb-aydınlaşdırmaması ilə əlaqədar sualını cavablandırıb.

Trend bu barədə “Moskovski Komsomolets”ə istinadən xəbər verir.

“Hələ yox. Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik”, – deyə D.Peskov bildirib.

Daha əvvəl Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəliklərin respublikada əsas qanuna uyğun olaraq tanınması barədə qərarı oxuyub.

Tacxeber.com

Oxşar xəbərlər