Ayrılıq xəbərləri ilə gündəmdə olan aparıcı İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni açıqlaması ilə diqqət çəkib.
Tacxeber.com xəbər verir ki, Aysel Həsəni İlkin Həsəni ilə boşanması haqqında yayılan dedi-qodulara belə münasibət bildirib: “Artıq alışmışam və boş verirəm. Həyatımı yaşayıram”.
O, “Bir insanda ən çox axtardığınız özəllik hansıdır” sualına isə “İlk və ən əsası güvən. Güvən olmasa heç bir hissin önəmi yoxdur”, – deyə cavab verib.
Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların Alisa adlı bir qızı var.