• 25 Noyabr 2024 12:17

Ata Abdullayevlə Vüqar Səfərli arasında həbsxanada DAVA

Ata Abdullayevlə Vüqar Səfərli arasında həbsxanada  DAVA

 

Hazırda həbsdə olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərli ilə videobloqer Ata Abdullayev arasında həbsxanada mübahisə yaranıb. 

Tacxeber.com xəbər verir ki, mübahisəyə səbəb Ata Abdullayevin Vüqar Səfərlinin və sabiq şöbə müdiri Əli Həsənovun ünvanına söylədiyi tənqidi fikirləri olub.

Hazırda Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində Vüqar Səfərli ilə bərabər cəza çəkən Ata Abdullayev keçmiş KİVDF rəhbərini və Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovu reket və dələduzluqda ittiham edərək, təhqir edib.

Vüqar Səfərli isə Ata Abdullayevə cavabında ağır sözlər səsləndirib.

Tərəflərin mübahisəsini görən digər məhbuslar onları bir-birindən kənarlaşdırıb. /Demokrat.az

Tacxeber.com

Oxşar xəbərlər