• 03 İyun 2025 02:31

İbrahimoviçdən Azərbaycan millisi ilə oyun öncəsi açıqlama

 İbrahimoviçdən Azərbaycan millisi ilə oyun öncəsi açıqlama
Paylaş

 

“Sabahkı qarşılaşma tam fərqli olacaq”.

Tacxeber.com “Report”a istinadla xəbər verir ki, bunu İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç evdə Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə deyib.

İtaliya “Milan”ında çıxış edən 42 yaşlı hücumçu bu görüşdə daha yaxşı mübarizə aparacaqlarını bildirib: “Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm. Şans hesabına belə olsa, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu bizimlə oyunda etdi”.

Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Tacxeber.com

Oxşar xəbərlər