• 22 Noyabr 2024 14:20

Ronaldoya “torba”nı o tikib: Dedim ki, gecə həyatını, qadınları…

 

“Real”ın keçmiş baş məşqçisi Fabio Kapello Madrid klubunun 2007-ci ilin yanvarında braziliyalı hücumçu Ronaldonu “Milan”a necə satdığı haqda danışıb.

“Real” ondan xilas olduğu üçün çox şanslı idi. Zarafat edirəm. Və ya bəlkə də yox, çünki bu həqiqətdir. Prezidentlə danışdım, dedim ki, onunla yollarımızı ayıraq.

Çəkisi 94 kq idi, onunla danışdım və soruşdum: “Braziliya ilə dünya kubokunu qazananda çəkin nə qədər idi?” Cavab verdi ki 84 kq. Ondan arıqlamağı xahiş etdim, belə oynaya bilməyəcəyini söylədim. Bacarmırdı, gecə həyatını, qadınları sevirdi.

Prezidentə dedim ki, satılmalıdır. Ərəb klubu ilə razılıq əldə edildi. Amma mənə Berluskonidən (“Milan”ın o vaxtkı prezidenti) zəng gəldi. Məndən vəziyyəti soruşdu. Ona Ronaldonun gecə həyatını, qadınları sevdiyini, çəkisinin 94 kq olduğunu söylədim. Berluskoni mənə təşəkkür etdi. Ertəsi gün “La Gazzetta dello Sport”da Ronaldonun Milana gedəcəyini oxudum”, – “Marca” Kapellodan sitat gətirib.

Ronaldo 2007-ci ilin yanvarından 2008-ci ilin iyun ayına kimi 18 ayı “Milan”da keçirdi, son beş ayı isə ciddi diz bağı zədəsi ilə müalicə aldı. O, “rossonerilər”in heyətində 20 matçda 9 qol vurub.

Tacxeber.com

Oxşar xəbərlər