• 27 Dekabr 2024 05:06

“Sənə yaxın gəlib, qəmli gözlərinə baxa bilmirəm”

 

“Səni nə qədər sevdiyimi bilirsən, sevgimi dilə gətirə biləcək insan deyiləm. Yalnız həssas insan mənim ona olan sevgimi gözlərimdən oxuyar, bu xüsusiyyətim, yaxşıdır, pisdir bilmirəm. Amma beləyəm”.

Tacxeber.com xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə Əməkdar artist Dilarə Əliyevanın şəklini yayımlayaraq yazıb. O, aktrisanın bir neçə gün əvvəl avtomobil qəzasında həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevi itirməsindən bəhs edib:

“Səni sevirəm Dilarə, bunu yenə bilməyini istəyirəm. Amma indi sənə yaxın gələ bilmirəm. Sənin o qəmli, yaşlı gözlərinə baxa bilmirəm. İçimdə böyük, çox böyük xəcalət, utanc hissi var. Ürəyim yanındadır, amma bu içimdəki hiss nədirsə məni boğur. Bəlkə də səni həmişə pozitiv, gülən sima görmüşəm. İndi bu vəziyyətdə olduğun, səni belə görməmək üçün özümü gizlədirəm. Heç yaxşı deyiləm, özümü toparlamaq istəyirəm alınmır. Nə yerdəyəm, nə göydə. Amma sən güclü qadınsan, hər zaman bizə güclü olmağı tövsiyyə edirsən. Gücünü topla, sən bizə lazımsan. Mənim 26 illik güvən yerimsən. Sənin kimi insan həyata dəryada damla kimidir. Allah sənə səbr versin, Oqtaya rəhmət eləsin”.

Tacxeber.com

Oxşar xəbərlər