Qərb bütün ölkələrə, o cümlədən Qazaxıstana Rusiyaya qarşı sanksiyalara qouşlmaq üçün təzyiq edir. Dövlətin böyük ölçüdə Qərb investisiyalarından asılı olmasına baxmayaraq, belə bir tərəfdaşlığın nəticələri ciddi şəkildə düşünülməlidir.
Tacxeber.com xəbər verir ki, bunu “Lenta.ru”-ya Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.
“Əlbəttə, biz başa düşürük ki, bütün ölkələr Qərbin təzyiqi altındadır. Amma kimsə bunu daha çox, kimsə daha az dərəcədə aradan qaldırır. Biz onu da başa düşürük ki, Qazaxıstan iqtisadiyyatı böyük ölçüdə orada fəaliyyət göstərən Qərb şirkətlərindən asılıdır. Amma mən hesab edirəm ki, bu halda Qazaxıstan öz asılılığı haqqında çox düşünməlidir, çünki bu, pis nəticələnə bilər”, – Çepa xəbərdarlıq edib.
O, həmçinin əlavə edib ki, Rusiya Qazaxıstanın anti-Rusiya sanksiyalarına əməl olunması məsələsində niyə Qərbə güzəştə getməyə məcbur olduğunu başa düşür: bir çox neft şirkətləri dövlətin ərazisində fəaliyyət göstərir, digər investisiyalar isə dövlətin iqtisadiyyatına qoyulur.
Bundan əvvəl Mərkəzi Asiya üzrə ixtisaslaşmış portal olan “Eurasianet”, adının açıqlanmasını istəməyən yüksək rütbəli Qazaxıstan rəsmisinə istinadən aprelin 1-dən ölkədən idxal və ixrac edilən bütün malları izləmək üçün onlayn sistem işə salmaq niyyətində olduqlarını açıqlamışdı.
Onun sözlərinə görə, Astana Rusiya ilə ticarətə sanksiyalar tətbiq etmək fikrində deyil, lakin həm də məhdudlaşdırıcı tədbirlərdən yan keçmək üçün platforma olmaq istəmir, çünki ikinci dərəcəli sanksiyaların risklərini anlayır.