• 27 Dekabr 2024 03:35

Canni De Byazi: “Əla oyun göstərdik”

 

“İkinci qola qədər oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Top daha çox bizdə idi”.

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 0:5 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis ikinci qolun həlledici olduğunu bildirib: “İkinci topdan sonra onların hər imkanı qol oldu. Bizim də şanslarımız oldu. Heç-heçə edə bilərdik. 70-75 dəqiqə çatdırırıq, sonra bizə çətin olur. Rəqib fiziki cəhətdən çox güclü idi”.

67 yaşlı mütəxəssis sona yaxın gənc oyunçulara şans verdiyini vurğulayıb: “Birinci hissədə rəqibi çətinliyə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci hissədə gənclərə şans verdim. Başa düşürəm ki, nəticə acınacaqlıdır. Amma uşaqlara deyiləcək heç nə yoxdur”.

Baş məşqçi futbolçularının buraxılan qollardan sonra həvəsdən düşməməsini istəyib: “0:2 hesabından sonra ruhdan düşməməliyik, əmin olmalıyıq ki, nəticəni dəyişmək olar. Bunu etməyi bacarmalıyıq”.

O, 60-cı dəqiqəyə qədər komandalar arasında səviyyə fərqinin hiss olunmadığını düşünür: “Bizə qarşı hamıda yaxşı alınır. Yesper Karlsson bu gün cərimə zərbəsindən qol vurdu. Bizim canlı sədd də buna şərait yaratdı. İsveç fiziki cəhətdən çox güclü komandadır. Amma bir saatın tamamına qədər meydanda fərq elə də görünmürdü”./Report

Tacxeber.com

Oxşar xəbərlər