• 10 Dekabr 2024 15:16

Efirdə müğənni-aparıcı davası: “Hülya Avşar sənətimin yanında heç kimdir”

 

Efirdə müğənni-aparıcı davası: “Hülya Avşar sənətimin yanında heç kimdir”

 

Əməkdar artist Nigar Şabanova və aparıcı Rövşanə Ağasəfqızı arasında qalmaqal yaşanıb

Tacxeber.com Olay-a istinadla xəbər verir ki, “Space səhər” verilişinə qonaq olan xanəndə ilə jurnalistin sözü çəp gəlib. Buna səbəb isə Nigarın media işçiləri haqda səsləndirdiyi fikirlər olub:

“Cəmiyyətin zövqünün korlanmasında mətbuat və televiziya günahkardır. Mən xanəndə olanda, muğamlar oxuyanda instaqramdakı səhifələr sənətimi dəyərləndirmirdilər. Azərbaycana muğam sahəsində birinclik gətirəndə heç bir sayt işıqlandırmırdı. Amma Nigar Şabanovanın ailəsi dağıldı, bu zaman jurnalistlərin ağzını bağlaya bilmirdim. Hətta buna görə kanallardan biri ilə əlaqəmiz kəsilib”.

Bu zaman R. Ağasəfqızı Nigarın ittihamlarına cavab verib:

“Siz deməsəniz, jurnalistlər haradan bilirlər? Mənim də həyatımda problemlər olub, sizdən də çox tanınmışam, sizdən də artıq sözüm var. Amma bir kəlmə də yayılmasına icazə verməmişəm”.

Şabanova aparıcıya qarşılıq verərək ikinci ərindən boşandığını 6 ay gizlədə bildiyini deyib:

“Özünüz sual verib, özünüz də cavab verdiniz. Məsələn, Rövşanə xanım dostumdur, ona demişəm, sirrimi sözümü bilir. Həyatım dağılandan sonra bildim ki, dostumun da dostu var. 6 aydan sonra bu məsələ açıldı. Hamı bir-birilə tanışdır, ona görə tez yayıldı. Efirə gedəndə də dedim ki, şəxsi həyatla bağlı sual verməyin. Bir verilişdə elə oldu ki, cavablarını verdim. İndi həmin kanalda yoxam”.

Aparıcı isə xanəndəyə məşhur simaların şəxsi həyatlarının da insanlara maraqlı olduğunu bildirib:

“Hülya Avşarın, Sibel Canın ailəsi də maraqlıdır. İndi siz Hülya Avşar deyilsiz…”.

Rövşanənin bu fikirləri Nigarı daha da qəzəbləndirib:

“Hülya Avşar mənim üçün heç kimdir. Mənim sənətimim, səsimin yanında da heç kimdir. Nə böyük adamdır? Ermənipərəstdir. Onun sənəti nədir ki? Məni Azərbaycanımda olan müğənnilərlə, ulduzlarla, divalarla müqayisə edin, türklərlə yox”.

R. Ağasəfqızı təkrar Əməkdar artistin fikirləri ilə razılaşmayıb və Hülyanın sənətkar olduğunu vurğulayıb:

“Hülya Avşar divadır. Belə danışmayın. Onun siyasi mövqeyini bir kənara qoyaq. Amma böyük sənətkardır. Bəyənmədiz Hülya Avşarı? Saytlara özünüz məlumat verdiniz indi. Sibel Canın, İbrahim Tatlısesin həyatı, xanımları maraqlıdır. Onun sənəti ilə bərabər şəxsi həyatı da insanlara maraqlı gəlir. Siz niyə bundan qıcıqlanırsınız ki?”

Tacxeber.com

Oxşar xəbərlər