Şotlandiyada müstəqillik tərəfdarı olan Şotlandiya Milli Partiyasının (SNP) lideri seçilən və ölkənin ilk müsəlman baş naziri olan Həmzə Yusif bu gün and içib. Yusif sosial media hesabında rəsmi iqamətgahda namaz qılan fotolarını paylaşıb.
Tacxeber.com xəbər verir ki, Həmzə Yusif Ali Məhkəmədə keçirilən mərasimdə Şotlandiya Muxtar Administrasiyasının baş naziri Kral III Çarlza beyət edib.
İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadan ibarət Böyük Britaniyada ilk dəfədir ki, müsəlman siyasətçi belə yüksək səviyyəli vəzifə tutur.
O deyib: “Şotlandiyanın ən yaxşı günləri qabaqdadır”
Qeyd edək ki, Şotlandiyanın keçmiş səhiyyə naziri Həmzə Yusuf həm də 2012-ci ildən bəri özünüidarədə ədliyyə və nəqliyyat naziri vəzifəsində çalışıb.
Həmzə Yusifin atası Pakistan əsillidir və 1960-cı illərdə Şotlandiyaya mühacirət edib. Anası Keniyada Cənubi Asiyalı bir ailədə anadan olub.