“Musiqiçilər heç biri milyonçu deyil. Yalandan danışırlar. Bu sənətdə ən çox pul qazanan qarmon ifaçısı Aftandil İsrafilovdur. Qazansam da, mən işlər də görmüşəm. Ev, avtomobil almışam, uşaqlarımı oxutdurmuşam və nə problem varsa, hamısını həll etmişəm. Bundan sonra rahat əl-ayağımı uzadıb ölə bilərəm”.
Tacxeber.com Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Sənətçi qazanc və pulla bağlı səsləndirdiyi fikirləri ilə diqqət çəkib:
“İndi bəzi müğənnilərin pulu çox olan kimi gedib arvad alırlar. Mən isə almamışam. Hər şeyi dəyişmişəm, bircə arvaddan başqa. Hər nə etmişəmsə, özüm bilərəm. Deyirlər ki, kişini yaxşı saxlayar, yaxşı arvad, yaxşı ad və yaxşı pul. Amma pul gərək çox olmasın.
Pul çox oldusa, çaş-baş düşür. Cızığından çıxanlar, başını itirənlər çox olur. Dünyanın nə bütün pullarını qazana bilərsən, nə də ki gözəl xanımlarını sevə bilərsən”.