• 27 Dekabr 2024 04:54

Ordumuz Zəngəzurda bu əraziləri nəzarətə götürdü – FOTO

 

Yeni Laçın yolunun istifadəyə verilməsi ilə Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr ordumuz tərəfindən nəzarətə götürülüb. Bu, həm də Azərbaycan-Ermənistan sərhədinin Laçın ərazisindəki hissəsini də nəzarət altına alıb.

Tacxeber.com xəbər verir ki, Ermənistanla sərhəddə hakim yüksəkliklərə nəzarəti bərpa edən Azərbaycan ordusu Gorusun Tex kəndinə də nəzarət edir.

Azərbaycanın tarixi Zəngəzur ərazisində yerləşən Tex Gorusun kəndidir. Tarixi adı Dığ olan kənd sonradan ermənilər tərəfindən Tex adlandırılıb. Ermənistan mediası hazırda Azərbaycan Ordusunun Tex kəndinin 60 hektar ərazisinə nəzarət etdiyini yazır.

“Hraparak” nəşri yazır ki, Azərbaycan hərbçiləri Tex kəndinin kənarına qədər irəliləyiblər, mühəndislik işləri aparılır və hektarlarla ərazi faktiki onların nəzarəti altına düşüb. Söhbət hakim yüksəkliklərdən vizual nəzarətin edilməsindən gedir.

Texin genişləndirilmiş icmasının rəhbəri David Qulunts baş verənlərlə bağlı erməni jurnalsitlərin suallarını cavablandırmaqdan imtina edib.

Tex icmasına daxil olan Aravus inzibati ərazi dairəsinin rəhbəri Aqram Hovsepyan isə bildirib ki, azərbaycanlılar yerləşdikləri ərazilərə Azərbaycan dilində plakatlar yerləşdirirlər.

“Təxmini hesablamalara görə azərbaycanlılar yüksəkliklərə qalxdıqdan sonra Texin 60 hektar ərazisini nəzarət altına alıb. Bəzi istiqamətlərdə bir kilometr irəlləyiblər, bəzi istiqamətlərdə bir neçə və s. Dəqiq hesablamaq mümkün deyil. Aravus kəndinin sərhədinə qədər gəldilər, dağa döndülər və oradakı bağlar tamamilə onların nəzarətinə düşdü. Dünən gəliblər, artıq bu gün traktorları və texnikaları işləyir. Gorus-Xankəndi yolunu da bağladılar”, – Aqram Hovsepyan bildirib.

Oxşar xəbərlər