• 08 Sentyabr 2024 05:22

Rusiya Macarıstanı “dost olmayan ölkə” elan etdi 

Rusiya Macarıstanı “dost olmayan ölkə” elan etdi 

 

Rusiya Macarıstanı “dost olmayan ölkələr” siyahısına daxil edib. 

Tacxeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

Diplomatlardan birinin sözlərinə görə, buna səbəb Macarıstanın Avropa İttifaqının bütün anti-Rusiya sanksiya paketlərini imzalamasıdır.

“Budapeşt “praqmatik mövqeyinə” baxmayaraq, bu məhdudiyyətlərə ciddi şəkildə əməl etməyə məcburdur”, – deyə qeyd olunub.

Xatırladaq ki, Macarıstan Serbiya ilə birlikdə Avropada ən Rusiyayönümlü ölkə hesab edilir. Ukraynadakı müharibə ilə bağlı birmənalı olmayan mövqeyinə görə bu ölkənin rəsmiləri Kiyev tərəfindən vaxtaşırı tənqid olunur.

Tacxeber.com

Oxşar xəbərlər