Düzgün sevən insanların sevgisi olmur. Əgər insan təmiz sevirsə, o sevgi pakdırsa, o insanın həyatında ikinci sevgi çox çətin olur. Mən həyatımda bir dəfə uşaqlarımın atasın sevmişəm, ölümünə sevmişəm. Desəydi ki, Aynur ölək, ölərdim.
Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu “Həmin Zaur” verlişində deyib. Şəxsi həyatından danışan müğənni hesab edir ki, insan sevmədiyi biri ilə evlənməli deyil.
“İnsan bir dəfə sevirsə, bir dəfə də evlənməlidir. Ola bilər yenə sevsin, mən ona pis də baxmıram. Var elə xanımlar, bəylər”, – sevgidən danışan sənətçi əlavə edib.