• 26 Dekabr 2024 19:38

Azərbaycan ordusu irəlilədi: “Evimizdən baxanda görürük”

Azərbaycan ordusu irəlilədi: “Evimizdən baxanda görürük”

 

“Azərbaycan hərbi qüvvələri Gorusun Tex kəndi istiqamətində irəliləyib”.

Tacxeber.com xəbər verir ki, Gorusun Tex icmasına daxil olan Aravus kəndinin keçmiş rəhbəri Arqam Ovsepyan deyib.

“Azərbaycan hərbi qüvvələri Gorusun Tex kəndi istiqamətində irəliləyib. Tex kəndinin kənarında (şərti sərhəddə) mövqe tutublar. Eyni zamanda, Aravusun sərhədinə gəliblər. Ərazidə traktorlar, texnikalarla möhkəmlənmə işi aparırlar, mühəndislik işləri görürlər, öz postlarını da qurublar. Nəhayət, Gorus-Xankəndi yolunda möhkəmləniblər”, – kəndin keçmiş rəhbəri bildirib.

Ovsepyan Ermənistan hərbi qüvvələrinin irəliləyən Azərbaycan ordusunun qarşısına çıxa bilmədiyini söyləyib:

“Heç kim buna mane olmağa çalışmadı”.

Erməni hərbçilərinin də “əlverişli mövqelər tutması” ilə bağlı iddiaya belə cavab verib: “Xəbərim yoxdur”.

Azərbaycan hərbçilərinin Gorusun kəndlərindən (Tex və Aravus) hansı məsafədə dayanmaları ilə bağlı qeyd edib:

“Asfalt yoldan ən çoxu 1-2 kilometrdir. Evimizdən görünür, plakatlarını qaldırıblar, 100-200 metr aralıdadırlar. 2020-ci ildə bizim kəndin qarşısında qoyduqları postlar qalır. Aravusun qabağında 13 post qoyublar”.

Ovsepyan Ermənistanın bu istiqamətdəki – şərti sərhəddəki silahlı qüvvələrini geri çəkdiyini də iddia edib:

“Neçə vaxtdır Xndzoresk ərazisində sərhədçiləri yerləşdiriblər. Bizim kəndi milis qoruyur”.

Kəndin keçmiş rəhbəri 44 günlük müharibədən sonra dövlətin Sünikin (Zəngəzurun) sərhəd icmalarında silahları toplamasına da diqqət çəkib və 1990-cı illərdə Azərbaycan ərazilərini işğal etdikləri etirafını dilinə gətirib:

“Tərksilah etdilər, amma yavaş-yavaş yenidən öz silahlarımızı alırıq. Elə düşünməyin ki, türk mövqelərini tutmaq – 90-cı illərdəki kimi etmək istəyirik”./Teleqraf

Tacxeber.com

Oxşar xəbərlər